• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1141
— 12.05.2020 12:25

Xüsusi təyinatlı təhsil müəssisələrinə elektron ərizə qəbulu başlayıb

Bu gündən Müdafiə Nazirliyinin hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə elektron ərizələrin qəbulu başlayıb.Müdafiə Nazirliyindən verilən məlumata görə, qəbulun ilk mərhələsində abituriyentlər iyunun 5-dək Dövlət İmtahan Mərkəzinin saytında qeydiyyatdan keçərək elektron ərizələrini təsdiq etdirməlidirlər.Elektron ərizəni təsdiq etdirmiş vətəndaşlardan ad, soyad və ata adını, ərizənin tarixi və nömrəsini, faktiki yaşadıqları ünvanı və daimi əlaqə saxlanılması mümkün olan 2 telefon nömrəsini müvafiq olaraq aahm@mod.gov.az və herbi-tibb@mod.gov.az elektron ünvanlarına göndərmələri xahiş olunur.