• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1137
— 11.05.2020 18:13

Azərbaycanla ÜST arasında Donor Sazişi imzalanıb

KepezTV Player

Ümumdünya Səhiyyə Təşkilatının Cenevrədəki baş qərargahında Azərbaycanla təşkilat arasında Donor Sazişi” imzalanıb. Saziş Azərbaycan tərəfindən ÜST-nin “Strateji Hazırlıq və Cavab Planı” çərçivəsində “COVID-19 müraciəti” Fonduna 5 milyon ABŞ dolları məbləğində vəsaitin ayrılmasını və bu vəsaitin Azərbaycanla razılaşdırmaqla ən çox köməyə ehtiyacı olan Afrika, Asiya və Latın Amerikasında yerləşən Qoşulmama Hərəkatının üzv dövlətləri üçün istifadə edilməsini nəzərdə tutur. ÜST-nin Baş direktoru Tedros Qebreyesus Azərbaycan tərəfindən COVID-19 virusu ilə mübarizə üçün ayrılmış könüllü maliyyə töhfəsinin qlobal həmrəyliyin nümunəvi nümayişi olduğunu diqqətə çatdırıb. Ölkəmizin səhiyyə sektoruna, xüsusilə hazırda COVID-19 virusuna qarşı beynəlxalq səviyyədə mübarizəyə yönəltdiyi diqqət və qayğını yüksək qiymətləndirib.