• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1133
— 11.05.2020 19:57

5 möcüzəvi bitki

KepezTV Player

“İnsanların son 50 ildə immuniteti zəifləyib. Bunun əsas səbəbi hazırda qəbul etdiyimiz qidalarda vitamin və bioloji aktiv maddələrin az olmasıdır.” Bu fikri professor Zaur Hümbətov səsləndirib. O həmçinin əlavə edib ki, koronavirus ilk dəfə 1965-ci ildə və daha sonralar aşkara çıxıb. Lakin tədqiqatların dayandırılması sözügedən problemi bir daha aktual edib. Əməkdaşımız Nazənin Zamanın təqdim etdiyi sujetdə koronavirusa meydan oxuyan 5 bitki haqda məlumatlı olacaqsız. İzləyək.

Zaur Hümbətov - ADAU-nun professoru: Koronavirus olduqca şiddətli, mutasiya etmiş virusdur. Onun genomunda 20 000-dən artıq nukleid forması olduğu müəyyən edilib. Bu da onunla mübarizəni çətinləşdirir. Burada 1-ci şübhəsiz ki, karantindir, insanlar bir-birinə yaxınlaşmamalıdır ki, virus ötürülsün. Bundan başqa xəstəliyə qalib gəlmək üçün mütləq şəkildə insanın özünün daxili mədəniyyəti olmalıdır. Burada söhbət, gigiyenadan gedir. Əgər insan gigiyena qaydalarına əməl edirsə o yüksək mədəniyyətli insandır.

Sanitar-gigiyenik normalara əməl etmək qədər günəş vannaları, immunitet artıran, xüsusilə A vitaminli qidaların qəbulu da vacibdir. Elə bu nöqteyi nəzərdən “möcüzəvi bitkilər”lə də effektiv nəticə almaq olar.

Zaur Hümbətov - ADAU-nun professoru: Bunlara şamın dişi qozaları, ardıcın toxumları, efkalip, xınanın yarpağı, el arasında “Şalfey” dediyimiz sürvəni misal göstərmək olar. Bunların hamısından bir yerdə istifadə eləmək olar. Ancaq 1-ci xətdə duran şamın dişi qozaları, ardıc toxumları və xına yarpaqlarıdır. Əgər bundan biz hər gün inqalyasiya metodu ilə istifadə etsək, koronaya yoluxmağın qarşısını 100% alarıq.

Burada önəmli olan sadalanan bitkilərin dəmləmə yolu ilə daxilə qəbulu deyil, birbaşa ağciyərə təsir edən inqalyasiya metodundan istifadə etməkdir. Sadalanan bitkilər hərəsindən təqribən 2-3 xörək qaşığı olmaqla emallı qazana tökülür, üzərinə litr yarım su əlavə olunur. Codluğu aradan qaldırmaq, eyni zamanda virusun inkişaf mühitini zəiflətmək üçün 1 çay qaşığı yeyinti sodası tökülür. Qarışım 3-5 dəqiqə ağzı qapalı halda qaynadılır. Alınan buxar hər gün yatmazdan əvvəl qəbul edilir.

Zaur Hümbətov - ADAU-nun professoru: Nəfəs alanda çalışmaq lazımdır ki, bir qədər orada dura. Təxminən, 5-6 saniyə. Niyə? Siz dərindən nəfəs alan zaman 5-6 saniyə o buxarın tərkibində olan efir yağları ağciyərin alveollarına oturur. Ən əsas da aşağı seqmentə. Bizdə koronavirusun müalicəsi niyə çətinləşir? Çünki virus üst tərəfdə yox, ağciyərin steril sahəsi, alveolları çox olan, aşağı seqmentinə gedir oturur. Və bu maddələrin ora daxil olması həmin virusları öldürür.

Antiseptik, viruslara qarşı öldürücü təsir bağışlayan 5 bitki nəninki koronavirus, qrip, sətəlcəm, vərəm kimi bir çox tənəffüs yolları xəstəliklərinin müalicəsində də tövsiyə olunur. Kimyəvi preparatlardan fərqli olaraq, adıçəkilən bitkilər bədənə toksiki təsir göstərmir, orada insana yad olan patoloji orqanizmləri məhv edir, oksigen balansını normaya salır. Sadalanan bitkiləri tapa bilməyən şəxslər alternativ kimi kəklikotu, sarıçiçək, ardıcın toxumları, şamın yarpaqları ilə də inqalyasiya edib, yaxşı nəticə əldə edə bilərlər.