KepezTV Player
Buraxılış imtahanlarının keçirilməsinə pandemiya ilə bağlı vəziyyətin daha yaxşı olduğu bölgələrdən başlanacaq. Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Nigar Hüseynovanın sözlərinə görə, buraxılış imtahanları keçirilən zaman bölgələrdəki epidemioloji vəziyyət nəzərə alınacaq və onun əsasında imtahanların keçirilmə ardıcıllığı müəyyən ediləcək. Hazırda Gəncə və Lənkəranda koronavirusa yoluxma ilə bağlı vəziyyət o qədər də ürəkaçan deyil. Ona görə də həmin bölgələrdə imtahanlar yəqin ki, ən axırıncı mərhələdə keçiriləcək.
- Baxış: 545