• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1879
— 11.05.2020 12:03

Şagirdlərin qiymətləndirilməsi “Virtual məktəb” platforması vasitəsilə aparılacaq

KepezTV Player

Artıq şagird adını daşıyanların - təhsilalanların ilin sonuna olan bilik və bacarıqlarını ölçmək üçün müxtəlif qiymətləndirmə vasitələrinin hazırlanması nəzərdə tutulur. Qiymətləndirmənin keçirilməsində əsas məqsəd həm şagirdlərin özlərini qiymətləndirməsi, həm də ümumi vəziyyətin ölçülməsi ilə bağlı monitorinqlərin aparılmasıdır: "Bu qiymətləndirmələrin “Virtual məktəb” platforması vasitəsilə aparılması planlaşdırılır. Təhsil Nazirliyindən verilən məlumata görə, bu qiymətləndirmələr də şagirdlərin yekun qiymətlərinə təsir etməyəcək". Qeyd edək ki, ümumtəhsil müəssisələrində ikinci yarımil üzrə heç bir kiçik və ya böyük summativ qiymətləndirmənin aparılması planlaşdırılmır. Şagirdlərin illik qiymətləri birinci yarımilin qiymətləri əsasında çıxarılacaq. İllik qiymətlərindən narazı qalan şagirdlər üçün növbəti tədris ilinin başlanması ərəfəsində təhsil müəssisəsi tərəfindən təkrar qiymətləndirmə təşkil ediləcək.