• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2213
— 10.05.2020 20:38

Teymur Rəcəbov qalib gəldi, komandası mübarizəni dayandırdı

KepezTV Player

Şahmat üzrə onlayn Millətlər Kubokunda əsas mərhələyə yekun vurulub. Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov mübarizə apardığı dünya yığmasının heyətində turnirin doqquzuncu turunda Vladislav Artyomova qalib gəlib. Onun komandası isə Rusiya millisi ilə qarşılaşmanı heç-heçə başa vurub. Sonuncu görüşlərdən sonra Rəcəbovun komandası yarışı 4 xalla 6 komanda arasında sonuncu pillədə tamamlayıb.  Bu gün keçiriləcək Superfinalda Çin və ABŞ üz-üzə gələcək. 6 komandanın iştirakı ilə təşkil edilən yarışın mükafat fondu 180 min ABŞ dollarıdı.