10 may... Bu tarix hər bir azərbaycanlı üçün əziz gündür. Xalq öz tarixində silinməz izlər qoyan ümummilli lider Heydər Əliyevi misilsiz xidmətlərinə görə hər zaman qəlbində yaşadacaq. Azərbaycanı dünyaya tanıdan dahi şəxsiyyət ölkə salnaməsində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan kimi qalıb.
Ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycan xalqı üçün, ölkəmizin hərtərəfli inkişafı üçün misilsiz xidmətlər göstərib. İstər sovet dönəmində, istərsə də müstəqillik illərində.“Mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mədəni inkişafına xidmət olub”, - deyən Heydər Əliyev hər zaman qüdrətli Azərbaycan uğrunda çalışıb.
Azad Bayramov tarixçi: Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gələnə qədər Azərbaycan SSRİ məkanında geridə qalmış bir aqrar ölkə idi. Məhz onun Azərbaycanda hakimiyyətə gəlməsindən sonra hərtərəfli yüksək inkişaf təmin edildi. İqtisadi, siyasi, mədəni sahələrdə böyük irəliləyişlər oldu. Heydər Əliyev Azərbaycanın SSRİ məkanında qabaqcıl aqrar sənaye ölkəsinə çevrilməsində mühim rol oynadı. Onun siyasəti, apardığı məqsədyönlü işlər...
Müasir, müstəqil Azərbaycan dövlətinin qurulması bütövlükdə ümumilli liderin adı ilə bağlıdır. Təsadüfi deyil ki, 1991-ci ildə ölkədə yaranan xaos, parçalanma, özbaşınalıq dövründə hakimiyyətə gəlməsi arzu olunan şəxsiyyət məhz Heydər Əliyev idi. Ulu öndər xalqın təkidli tələbi və çağırışı ilə hakimiyyətə gəldi, Azərbaycan xalqını nəinki parçalanmaq, dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən tamamilə qurtardı. Ümumilli liderin siyasi iradəsi, uzaqgörənliyi, əzmi sayəsində Azəraycan dünya nəhənglərinin hesablaşdığı ölkəyə çevrildi.Dahi şəxsiyyət ölkənin dörd bir yanının, o cümlədən Gəncənin inkişafını hər zaman diqqətdə saxlayır, ikinci böyük şəhərə ardıcıl işgüzar səfərlər edirdi.
Azad Bayramov tarixçi: Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra dəfələrlə Gəncədə oldu. Gəncənin sosial-iqtisadi inkişafı, şəhərin tarixi-mədəni abidələrinin qorunub saxlanılması, Gəncənin möhkəm iqtisadi təməl üzərində yenidən qurulması və inkişafında Heydər Əliyevin böyük rolu oldu.
Heydər Əliyevin Gəncə ilə bağlı tarixi əhəmiyyət daşıyan qərarlarından biri də şəhərin qədim adının özünə qaytarılması istiqamətində ilk addımın atılması oldu. Hələ sovetlər dönəmində Kirovabadda yeni salınan yaşayış massivinin Yeni Gəncə adlandırılması 1989-cu ildə şəhərin Gəncə kimi çağrılmasını rəsmiləşdirdi. "Biz hamımız - harda yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı Gəncə ilə, onun qədim və zəngin tarixi ilə fəxr edirik", - deyən ümumilli lider Heydər Əliyevi gəncəlilər hər zaman böyük ehtiramla anırlar.
- Baxış: 549