• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1590
— 09.05.2020 20:41

İdman qurğularına nəzarət olunur

KepezTV Player

İdman dünyası koronavirusun təsiri altında qalmaqda davam edir. Bu sahəni iflic edən pandemiya bütün planların üstündən xətt çəkib. Tokio 2020 Yay Olimpiya Oyunları, futbol üzrə Avropa Çempionatının final mərhələsi və bu qəbildən olan turnirlər infeksiya səbəbdən ya ləğv olunub, ya da başqa tarixə keçirilib.

Ölkəmizdə koronavirus pandemiyası ilə bağlı martın 14-dən əhalinin böyük hissəsinin tez-tez istifadə etdiyi məkanlardan biri olan idman obyektləri və qurğuları da fəaliyyətini dayandırıb. Müxtəlif əhali qrupları, o cümlədən, idmançıların sağlamlığının prioritet olduğunu nəzərə alaraq, vaxtında qabaqlayıcı tədbirlər görülməsi məqsədi ilə nazirlik bu addımı atıb. 

Koronavirusa baxmayaraq Gəncə İdman Sarayının inşası davam etdirilir. 2018-ci ilin mart ayından tikintisinə başlanan idman qurğusunda bu ərəfədə işlərin növbəti mərhələsi görülür.

İdarə rəisi onlayn formatda keçirilən məşqlər haqda da danışıb.

Mövcud vəziyyətlə bağlı bütün dünyada olduğu kimi Azərbaycan keçirilməsi nəzərdə tutulan yerli və beynəlxalq əhəmiyyətli turnirlər də mart ayının ortalarından etibarən təxirə salınıb.