Tariximizin səhifələrini vərəqləsək, orada igid babalarımızın keçdiyi qəhrəmanlıq yollarının izinə rast gələrik. Çünki yaşadığımız bu torpağı qorumaq üçün onlar düşməndən qorxmadan Vətən uğrunda qanının son damlasına qədər mübarizə aparıblar. Onlar Vətənə məhəbbəti sözdə deyil, gördüyü işdə, çəkdiyi zəhmətdə sübut ediblər. Böyük Vətən müharibəsində də qalibiyyət qazanmaqda Azərbaycan xalqının böyük rolu olub. İstər ön, istərsə də, arxa cəbhədə qızğın hazırlıqlar gedib. Üzərindən 75 il keçməsinə baxmayaraq, həmin dövrün canlı şahidləri hələ də aramızdadır. 1941-ci ildən 1945-ci ilədək döyüşlərdə olan 100 yaşlı Qüdrət Cəfərov nümunəvi əsgər olmaqla yanaşı, həm də yaralılara ilk tibbi yardım göstərib. Kapitan rütbəsinə qədər yüksələn Cəfərov qarşılaşdığı hadisələri belə xatırlayır.
Qüdrət Baba və onun kimi qorxmaz əsgərlər yaşından asılı olmayaraq, öz hünərini göstərməyə hər zaman hazır olub. Vətəninə və xalqına xidmət edənlər bu günkü gənclər üçün örnək olub.
Vətən bizim ən müqəddəs səcdəgahımız, pənah yerimizdir. Dünyada ən böyük qəhrəmanlıqlar da məhz vətən naminə edilib və edilir. Vətən üçün görkəmli şəxsiyyətlər, qorxmaz sərkərdələr, cəsur igidlər canlarından keçib və onların çiynində yüksəlib bu Vətən!
- Baxış: 506