• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1294
— 09.05.2020 20:00

“İkinci dalğa” çox sərt ola bilər

KepezTV Player

Azərbaycanda 143 yeni koronavirusa yoluxma faktı qeydə alınıb, 44 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. 78, 76 və 64 yaşlı 3 nəfər vəfat edib. Bu gün açıqlanan rəqəmlərdən sonra ölkədə bu infeksiyaya yoluxanların sayı 2 422 nəfərə yüksəlib, 1 620 nəfər müalicə olunaraq sağalıb, 31 nəfər isə vəfat edib, 771 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Hansı ki, onlardan 29 nəfərin vəziyyəti ağır, 41 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.Bu barədə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı məlumat verib.Brifinqdə ən çox yoluxmanın qeydə alındığı bölgələr, onun səbəbləri, gələcəkdə xüsusi karantin rejiminin sərtləşdirilib-sərtləşdirilməyəcəyi də diqqət mərkəzində olub. keçid alaq sujetə.

Bu gün açıqlanan statistikada xəstələrin çoxu Bakının Nəsimi rayonunun payına düşür. Regionlar üzrə koronavirus infeksiyasının yayılmasına gəlincə, Bakı 47,5, Gəncə-Qazax 13,6, Aran 10,2, Lənkəran 9,4, Şəki-Zaqatala 1, ölkə xarici 9,1 faiz faiz təşkil edib. Bəzi bölgələrdə yoluxma saylarında artımın müşahidə olunduğuna diqqət çəkən TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı “Məsuliyyətli ol” devizi ilə vətəndaşları qaydalara əməl etməyə çağırıb.

Ramin Bayramlı TƏBİB-in İdarə Heyətinin sədri:“Yoluxma saylarının artmasını təbii qəbul edirik. Biz sərt karantin rejimindən çıxışda bunu gözləyirdik. Təəssüflər olsun ki, biz ictimai nəqliyyatda, iş yerlərində, bankların qarşısında və s. yerlərdə insanların sosial məsafəni gözləmədiyini və tibbi maska taxmadığını görürük. Bu da yoluxmaların artmasına gətirib çıxarır”.

Ölkə ərazisində yoluxma hallarının yaxından izləndiyini vurğulayan TƏBİB sədri bayram günlərində və həftə sonları ölkə ərazisində məhdudiyyətlərin təbiq olunması üçün Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət ediləcəyini istisna etməyib. Bununla belə Ramin Bayramlı bugünkü statistik göstəricilərin karantin rejiminin sərtləşdirilməsinə əsas yaratmadığını sözlərinə əlavə edib. Amma qaydalara riayət olunmasa, “ikinci dalğa”nın çox sərt şəkildə ola biləcəyini deyib.

Ramin Bayramlı TƏBİB-in İdarə Heyətinin sədri:;“Karantin rejiminin yumşaldılması nəticəsində ikinci dalğanın baş verməsi gözlənilən idi. Bugünkü statistikalar bizə onu deməyə əsas verir ki, təkrar sərt karantin rejiminə ehtiyac yoxdur. Metroda da sərnişinlər üçün xüsusi qaydalar müəyyənləşib. Amma, təbii ki, vətəndaşlarımız məsuliyyətli olmalıdır. Ola bilər ki, dediyimiz kimi bayram günləri və həftə sonları sərt karantin yenidən tətbiq olunsun”.

Odur ki, tibbi maskadan istifadənin məcburiliyini önə çəkən Ramin Bayramlı bunun tələbatı artıracağını istisna etməyib. Amma qıtlıq olsa belə, ev şəraitində parçalardan da maska hazırlamağın mümkünlüyünü bildirib. Təmaslar isə nə qədər çox olarsa, virus da o qədər çox yayılacaq. Odur ki, yaradılan modul tipli xəstəxanalar aktuallığını itməyəcək.

ÜST Azərbaycanda koronavirusla mübarizəni yüksək qiymətləndirir. Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı karantindən çıxış zamanı yoluxma halları müşahidə olunmasının gözlənilən olduğunu bildirib. Bununla belə önümüzdəki günlərdə 65 yaşdan yuxarı vətəndaşlarla bağlı karantin rejiminin yumşaldılması qərarı verilə bilər. Eləcə də iri ticarət mərkəzləri mayın sonuna qədər açılacağı real görünmür.