• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 775
— 09.05.2020 12:17

Şəmkirdə barama qurdu yetişdirən ailənin evi yanıb

KepezTV Player

Şəmkir rayonunun Təzəkənd kəndində ümumi sahəsi 400 m² olan ikimərtəbəli 8 otaqlı evin birinci mərtəbəsində 3 otağın yanar konstruksiyaları 160 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. İlkin məlumata görə, yanğına səbəb ailə üzvlərinin diqqətsiliyi olub. Belə ki, evdə barama qurdu yetişdirən şəxslər istiliyi doğru tənzimləmədiyi üçün yanğın olub və alov ətrafı bürüyüb. Fakt araşdırılır.