Gəncədə oğurluqda şübhəli bilinən dörd nəfər saxlanılıb. Onlar qabaqcadan əlbir olub qrup təşkil edərək marketlərə və su qurğularına qənim kəsiliblər. Törətdikləri cinayətlə bir və ya bir neçə ailəni susuz qoyanlar, eləcə də sahibkarlara maddi ziyan vuran şəxsləri tanımaq istəyənlər növbəti video materialımızı izləsinlər.
Son bir neçə ay ərzində Gəncə şəhər Baş Polis İdarəsinə və onun tabeli qurumlarına müxtəlif ərazilərdə su nasoslarının, eləcə də digər su qurğularının oğurlanması barədə çoxsaylı müraciətlər daxil olub. Şikayətlər əsasında axtarışlara başlayan polis əməkdaşları su qurğuları oğurlamqda şübhəli bilinən şəhər sakini Məmmədhəsən Həsənovu saxlayıb. Onun oğurluq yolla əldə etdiyi bir neçə su qurğusu isə maddi sübut kimi götürülüb.
Füzuli Şıxıyev Kəpəz RPİ-nin Təhqiqat bölməsinin rəisi - Kəpəz rayon polis idarəsinin əməkdaşlarının keçirmiş olduqları əməliyyat-axtarış tədbirləri nəticəsində həmin qurğuları oğurlayan şəxsin Gəncə şəhər sakini əvvəllər məhkum olunmuş Həsənov Məmmədhəsən Şakir oğlu olması müəyən edilib. Həmin şəxs maddi sübutlarla birlikdə təhqiqat bölməsinə təqdim olunub.
Məmmədhəsən Həsənov - saxlanılan şəxs: Heç nə binaların damından mator oğurlamışam. 3-4 yerdən götürmüşəm. Aparıb 10-15 manata satırdım.
Saxlanılan şəxsin ətrafında keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində oğurluqda əlbir olan şəhər sakini Elnur Axundov da saxlanılıb. Ondan isə suyun təzyiqini tənzimləyən cihaz aşkar edilərək götürülüb. Polis rayon ərazisində silsilə oğurluqlar törətməkdə şübhəli bilinən şəhər sakinləri əvvəllər məhkum olunan Kərim Məmmədov və Zorxan Rzayevi də saxlamağa müvəffəq olub. Onlar isə şəhər sakinləri Nəriman Paşayev və Dərya Həsənovun köşkünü qarət etməkdə şübhəli bilinirlər.
Füzuli Şıxıyev Kəpəz RPİ-nin Təhqiqat bölməsinin rəisi - Aynanı açıq köşkə daxil olaraq oradan müxtəlif tütün məmulatlarını, simkartları və kassadan nəğd pulları oğurlayan şəxslərin əvvəllər məhkum olunmuş Rzayev Zorxan Vaqif oğlu və Məmmədov Kərim Mirabbas oğlu olduğu müəyən edilib.
Hər iki şəxs əməllərini səmimi etiraf ediblər. Onlar törətdikləri cinayətləri əvvəlcədən planlaşdırdıqlarını və oğurladıqları tütün məmulatını müxtəlif ünvanlarda satdıqlarını deyiblər.
Kərim Məmmədov saxlanılan şəxs: Köşkdən siqaret və kontur götürdük. Heç nə onları götürdük. Konturları bölmədə qaytardım. Siqaret olub onun da dəyəri 200 manat olmayıb. Çoxuydu, sadəcə özümüz az götürdük.
Zorxan Rzayev saxlanılan şəxs: Plan mənim planım idi. Aynanı vint açanla açıb içəri girdim. Siqaretləri və konturları paketə qoyub çölə çıxdım. Siqaretləri satdım kontur qalmışdı.
Saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb. Onların oxşar cinayətlər törədib-törətmədikləri araşdırılır.
Natiq Hüseyn
- Baxış: 1842