• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2059
— 07.05.2020 20:52

Gədəbəy taekvondoçuları pandemiya dövründə necə hazırlıq keçirlər

KepezTV Player

Xüsusi karantin dövründə bir sıra müxtəlif idman növlərində məşqlərin onlayn şəkildə təşkil edilməsini daha öncə ekrana gətirmişdik. Qarşıdakı sujetdə isə bu dəfə taekvandoçulardan danışacağıq. Daha dəqiq desək Gədəbəy idmançılarının koronavirus pandemiyası vaxtı necə məşq keçmələrindən bəhs edəcəyik.

İzolyasiya tədbirləri çərçivəsində fəaliyyətini virusla mübarizə istiqamətində təşkil edən Gədəbəy Gənclər İdman Klubu hazırlıqlarını bütün idman növlərində olduğu kimi onlayn şəkildə qurub. Zala gedə bilməyən ayrı-ayrı yaş qruplarından olan taekvandoçular çalışdırıcıların göstərişləri ilə evdə məşqlərini davam etdirirlər. Videogörüntü vasitəsiləri taekvandoçuları yönləndirən məşqçilər gələcəkdə keçiriləcək yarışlarda tatami ustalarının formada olması üçün var gücü ilə çalışırlar.

Beyrək Bağırov ev şəraitində olduğu üçün idmançılara əsasən fiziki yöndə tapşırıqlar verdiklərini deyib.

Gənc məşqçi mövcud vəziyyətin taekvandoçulara təsir edəcəyini də gizlətməyib. O, hərtərəfli hazırlıq keçirilə bilməməsinin yarışlarda özünü göstərəcəyini dilə gətirib.

Gədəbəy Gənclər İdman Klubu 2 ilə yaxındır ki, fəaliyyət göstərir. Bu müddət ərzində klubun yetirmələri respublika səviyyəli və beynəlxalq əhəmiyyətli turnirlərdə ölkəmizə müxtəlif əyarlı medallar qazandırıblar.