• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2024
— 06.05.2020 20:13

Peşəsindən ayrı düşən məşqçilər

KepezTV Player

Koronavirus pandemiyasının sükuta qərq etdiyi sahələrdən biri də idmandır. Sanki həyatımızda idman mövcud olmayıb. Ona görə də ağırdır. Xüsusən də, ömrünü-gününü bu sahəyə həsr edənlər üçün.

Koronavirus pandemiyasının sükuta qərq etdiyi sahələrdən biri də idmandır. Sanki planetimizdə idman mövcud olmayıb. Ona görə də ağırdır. Xüsusən də, ömrünü-gününü bu sahəyə həsr edənlər üçün.

Bu sözlərin müəllifi Azərbaycan futbolunda “Mamed müəllim” kimi tanınan Məhəmməd Məmmədovdur. Uşaqlığından həyatını futbola bağlayan sabiq qolkiper “Kəpəz”də oynayıb, elə indi də məşqçi qismində fəaliyyətini doğma klubunda davam etdirir. Pandemiya ilə bağlı Məmmədov sevimli peşəsindən ayrı düşüb. Yalnız müvafiq icazə sənədi ilə özünə doğma məkan saydığı stadiona gəlib gedə bilir.

Meydansız, məşqsiz qalan əməkdar məşqçi işini dövrün tələblərinə uyğun quraraq telefon vasitəsi ilə yetirmələrinə tapşırıqlarını verir.

Günün çox hissəsini stadionda keçirən təcrübəli mütəxəssis yetirmələri üçün çox darıxıb. O, müsahibə zamanı bunu gizlətməyib.

Məhəmməd müəllim mövcud vəziyyətlə bağlı tətbiq olunan qaydalara əməl etməyin vacibliyini də bildirib.

“Kəpəz” klubunun aşağı yaş qruplarından ibarət 4 komandası AFFA-nın keçirdiyi yarışların final mərhələsinə vəsiqə qazanıb. Amma koronavirusa görə bütün turnirlər dayandırıldığından liqalar da təxirə salınıb.