“Evdə qalaq, evdə yaradaq!” Təhsil Nazirliyinin bu şüar altında onlayn Respublika yaradıcılıq müsabiqəsinə Gəncə məktəbliləri də qaoşulub. Uşaq-Gənclər İnkişaf Mərkəzinin yetirmələrinin nəticələri sevindiricidir.
Elmira Xudaverdiyeva - şagird: Gəncə şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin bacarıqlı əllər dərnəyinin üzvüyəm. Mən evdə qalaraq əl işlərimi davam etdirirəm. Çox sevinirəm ki, mənim hazırladığım bu kəpənək müsabiqədə ikinci yer tutub.
Mərkəzin 30 şagirdi rəqs, bədii qiraət və əl işi nominasiyaları üzrə qalib olmaq istəyib. Onlardan 8 nəfəri mükafata layiq yerlər tutub.
Aytən Xudaverdiyeva - bacarıqlı əllər dərnəyinin rəhbəri: Elmira dərsə gələn müddətdə onun əl işinə olan marağı, istedadı biruzə verirdi. Bizdə belə qərara gəldik ki, bu müsabiqəyə qoşulaq. Onlayn müsabiqəyə ilk dəfə idi ki, qoşulurduq. Elmiranın əl işi məsləhət bilinib göndərilib. Bu 3 dəqiqəlik video çarx şəkilində hazırlanıb göndərilib.
Aprel ayı ərzində keçirilən onlayn respublika müsabiqəsinə 6-17 yaş arası 500-ə yaxın şagird qatılıb.
Sevinc Ələkbərova - Gəncə şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru: Biz uşaqların əl işlərini, onların hazırladıqları əl işləri onlayn şəkildə biz müsabiqə komissiyasına göndərdik. Seçimi onlar edib, nəticəni onlayn şəkildə bildirdilər. Hətta uşaqların mükafatları da onlayn şəkildə qiymətləndirildi. Çalışırıq ki, pandemiya dövründə uşaqların evdə qaldığı müddətdə onların inkişaf etdirilməsi, potensialının aşkar edilməsi üçün lazımı tədbirləri həyata keçirək ki, uşaqlar evdə darıxmasınlar. Eyni zamanda tədrislə yanaşı bacarıqlarını da inkişaf etdirsinlər.
Gəncə şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzində 26 dərnəkdə 1300 yaxın şagird var. Hazırda mərkəzin şagirdləri İkinci Dünya Müharibəsinin 75 illiyi və ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə bağlı keçirilən müsabiqələrə hazırlaşırlar.
- Baxış: 721