Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişlərinə əsasən koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Gəncədə müvafiq tədbirlər görülür. İnfeksiyanın yayılmasının qarşısının alınması məqsədilə şəhərin küçə və prospektlərində dezinfeksiya işləri davam edir. Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xüsusi texnikaları və canlı işçi qüvvəsi tərəfindən şəhərin müxtəlif əraziləri xüsusi məhlulla dezinfeksiya edilir. Xüsusi maddələrlə aparılan yuyulma işləri səkilər, dayanacaqları, yeraltı keçidləri də əhatə edib. Bu günkü işlər xüsusi ayrılan briqada tərəfindən 4 istiqamətdə həyata keçirilib.
İlqar Əsədov - Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəis müavini: Səhər saatlarından etibarən şəhərin H.Əliyev və Atatürk prospektində dezinfeksiya işləri görülür.Xüsusi çiləyici avtomobillər tərəfindən adıçəkilən prospektlər dezinfeksiya işlərini təşkil etmişik.Həmçinin şəhərin mərkəzi meydanı, yaşayış binalarının girişləri, ətraf ərazilərin dezinfeksiya işləri aparılıb.
- Baxış: 538