• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1207
— 06.05.2020 11:53

167 nəfərdə İİV-ə yeni yoluxma halı aşkarlanıb

KepezTV Player

Bu ilin I rübü ərzində Azərbaycanda 164-ü azərbaycanlı olmaqla 167 nəfərdə İİV-ə yeni yoluxma halı aşkar edilib. Onların 109-u kişi, 55-i qadındır. Bu dövr ərzində Azərbaycan vətəndaşı olan 33 nəfər İİV xəstəsində xəstəlik QİÇS mərhələsinə keçib, eyni zamanda 12 nəfər dünyasını dəyişib. Ölkədə ilk dəfə İİV aşkar edildiyi 1987-ci ildən 2020-ci ilin I rübünün sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində 6957 nəfər şəxs rəsmi qeydiyyatdadır. Bugünədək 1054 nəfər bu səbəbdən vəfat edib.