Koronovirus pandemiyası ilə əlaqədər olaraq Gəncədə karantin rejimi qaydaları nisbətən yumaşaldılsa da bəzi məhdudiyyətlər hələ də qalmaqdadır. Bu səbəbdəndə Gəncədə polis əməkdaşları Daxili Qoşunların şəxsi heyəti ilə birlikdə gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. Əhalinin sıx olduğu ərazilərə xüsusi nəzarət olunur. Əməkdaşlarımız karantin rejimində Gəncə polisinin fəaliyyətini gündəmə gətirib.
Koronovirus pandemiyası ilə əlaqədər olaraq Gəncədə giriş-çıxışa hələ də icazə verilmir. Bu üzdən mövcud polis postları əvvəlkitək fəaliyyətini davam etdirir. Polis əməkdaşları nəqliyyat vasitələrinin sürücü və sərnişinlərini yoxlayır, zəruri sənədləri olmayan vətəndaşlar şəhərə buraxılmır.
Gəncədə əhalinin sıxlıq təşkil etdiyi ərazilər də xüsusi nəzarətdədir. Sakinlərin nizam intizama əməl etməsi üçün zəruri tədbirlər görülür.
Karantin dövründə ölkənin ikinci böyük şəhərində əhalinin üz tutduğu məkanlardan biri də banklardır. Bu səbəbdən də polis əməkdaşları belə sosial obyektlərə nəzarəti gücləndirib.
Vətəndaşlara karantin rejiminin tələbləri izah edilir, ara məsafəsini gözləmək və növbələrin yaradılması təmin edilib. Həmçinin qorunmayanlara tibbi maska paylanır.
sakin: Çox yaxşı təşkil olunub. Biz xəstəliklərədn qorunmaq üçün mütləq belə olmalıdır. Bütün asayiş keşikçilərinə öz təşəkkürümü bildirirəm ki belə səliqəli asayişimizi qoruyurlar.
sakin: Hardasa 10-15 dəqiqədən sonra keçib gedəcəyik. Növbə olmalıdır. Bu xəstəliklə əlaqədər olaraq növbəni gözlə gir pulunu ödə çıx.
Eşqin Qasımov DİN-nin Mətbuat Xidmətinin əməkdaşı: Poçtlar, banklar və digər idarə və müəssisələrin qarşısında insanların sosial məsafəni gözləməsi tibbi maska və əlcəkdən istifadə etməsinə nəzarət olunur. Olmayanlara polis əməkdaşları tərəfindən tibbi maska və əlcək verilir.
Şəhər ərazisində mütamadi olaraq aparılan reydlər zamanı xüsusi karantin rejiminin tələblərini pozan 1354 nəfər müvafiq qaydada cərimə ediliblər. 13 nəfər isə məhkəmələrin qərarı ilə inzibati qaydada həbs olunub.
Natiq Hüseyn
- Baxış: 769