5 fevral 2020-ci ildə, iki gün idi ki anadan olan çinli bir körpədə koronavirus aşkar edilməsi xəbəri bütün dünyaya yayıldı. Həmin körpə bu diaqnozun qoyulduğu ən kiçik pasientdir. Milyonların təşvişinə, minlərlə insanın ölümünə səbəb olan xəstəliyin diaqnozu hazırda 3 milyondan çox şəxsə qoyulub. Ancaq onların arasında uşaqların sayı çox azdı. Bəs, bu dövrdə virusla mübarizədə uşaqların köməyinə nə çatır? Övladlarımızı qorumaq üçün nə etməli ? Növbəti materialımız valideynlər üçündür.
Ekspertlər virusun uşaqlara nə üçün daha az yoluxduğuna hələ qəti cavab verə bilmirlər. Koronavirus azyaşlılara ya ümumiyyətlə təsir etmir, ya da yüngül formada nəticələnir. Bəlkə də bəzi hallarda xəstəliyin simptomları ümumiyyətlə müşahidə olunmur və valideynlər uşaqlarını məhz buna görə həkimə aparmırlar.Lakin bu heç də gigiyena qaydalarını gözardına almaq anlamı vermir.
Şirin Əhmədova infeksionist: Hətta körpə uşaqda, yeni doğulmuş uşaqda koronavirus infeksiyası müşahidə olunur. Ona görə uşaqlar arasında da xəstələnmə halı var və uşaqları yenə də gözləmək lazımdır. Bir-biri ilə təmasda müəyyən qədər ayırmaq lazımdır. Bizdə təhsil sisteminə icazə verilib hazırlıqlara, müəllimlərlə məşğul olmağa. Düzdü orta məktəblər tam açılmayıb. Amma hazrlıqlarda bir sıra ara buraxmaq şərti ilə bir müəllim 10 uşaqla məşğul ola bilər. 10-dan artığa icazə yoxdur.
Hazırki situasiyada uşaqların vaxtında və düzgün qidasına ciddi yanaşmaq məsləhət görülür.
Gülxar Əsgərova pediatr: Evdə qidalanma mütləq şəkildə lazımdır. Körpə uşaqlar onsuz da meyvə pürelərindən istifadə edirlər. Böyük uşaqlara meyvə şirəsi verilməlidir, tərəvəzdən çox istifadə edilməlidir. Bişirdiyi xörəklərdə mütləq şəkildə tərəvələrdən istifadə edilməlidir. Markof da salmalıdır onun içinə, əgər düyü ilə yemək bişirirsə, onu həlim şəklinə salmalıdırlar. Ümumiyyətlə uşaqların qidalanması, həm süd yeməkləri, həm şor kimi yeməklər mütləq şəkildə Uşaqlar düzgün qidalanmalıdır.
Virusa yoluxma halının bugünədək daha az nəticəsi uşaqlarda müşahidə olunur. İmmuniteti zəif olan uşaqların virusa yoluxmamasında isə peyvəndlər köməyə çatır.
Gülxar Əsgərova pediatr: Əgər uşaqların hansında isə hərarət, baş ağrısı, ürək bulanma, qarında sancılar, heç bir əsası olmadan ayaqişləmələr yəni bunların hamısı biri olsa belə, həmin dəqiqə həkimə müraciət edin. Həmin dəqiqə həkim özü də məşğul olur. Təcili yardıma zəng olunur, həmin uşaq mütləq şəkildə yoxlanılır. Və lazım gələrsə əgər həmin uşaqdan mütləq yaxma götürülür. Ona görə valideynlər çox diqqətli olsunlar. Uşaqlar bizim gələcəyimizdir. Biz uşaqları qorumalıyıq.
Göründüyü kimi immun sisteminin dayanıqlığı ilk növbədə düzgün və təbii qidalardan asılıdır. O üzdən uşaqlarda sağlam qidalanmaya həvəs oyatmaq vacibdir. Əlbəttə, onların zövq və meylləri də nəzərə alınmalıdır. Amma valideynlər bəzən prinsipiallıq göstərib zərərli qidaları almaqdan imtina etməyi də bacarmalıdırlar. Yəni yeri gəldikdə uşaqlara “yox” demək lazımdır, elə onların sağlamlığı naminə...
- Baxış: 239