Şənlik evində övladının toyunu qeyd edən ailə axşam üstü yaşadıqları ünvana gələndə evlərinin qarət olunduğunu görüblər. İki il əvvəl Şəmkirdə baş verən bu oğurluq faktının üstü açılıb. Bu barədə əməkdaşımız Natiq Hüseynin hazırladığı videomaterilada tanış olacaqsız.
Şəmkir rayon polis şöbəsinin əməkdaşlarının keçiridikləri əməliyyat axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən rayon sakini əvvəllər xuliqanlıq və oğurluq maddəsi məhkumluq həyatı yaşayan rayon sakini Anar Məmmədzadə saxlanılıb. Həmin şəxs 2018-ci ilin noybar ayının 24-də rayon ərazisində evlərdən birindən külli miqdarda qızıl-zinət əşyalarını, nəğd pulu və digər qiymətli əşyaları oğurlmaqda şübhəli bilinir.
Hilal Rüstəmov müstəntiq: Məmməzadə Anar Misir oğlu Şəmkir sakini Həsənov Sakit sabir oğlunun evinə qnaunsuz daxil olaraq oradan 5000 min manat dəyərində qızıl zinət əşylarını 300 manat nəğd pulu 1-ədəd televizor aparatını və 1 ədəd oyun paratını oğurlayıb. Həmin şəxs saxlanılaraq istintaqa təqdim edilib. İş üzrə istintaq davam etdirilir.
Saxlanılan Anar Məmmədzadə oğurluq əməlini etiraf edib. O, izi itirmək üçün evdə quraşdırılan kameraların yaddaş qurğusunu da oğurlamağa cəhd etdiyini, ancaq yaddaş qurğusu əvəzinə oyun aparatını qarət etdiyini bildirib. Zərərəçəkənlə qohumluq əlaqəsi olduğunu deyən Anar Məmmədzadə əməlinə görə peşman olduğunu gizlətməyib.
Anar Məmmədzadə saxlanılan şəxs: Evə hasardan düşdüm. Qızıllları və pulu götürdüm. Sonra isə elə bildim kameranın yaddaş aparatıdı onlarıda götürdüm. Aparatları yolda körpüdən çşaya atdım. Qızılları satıb pulunun bir azını borcuma verdim. Yerdə qalanını isə xərclədim. Çox peşmanam. Sakitdən üzr istəyirəm.
Saxlanılan şəxs barəsində cinayət məcəlləsinin müvafiq maddəsi ilə iş başlanılıb. İstintaqın yekununda Məmmədzadənin əməlinə hüquqi qiymət veriləcək.
Natiq Hüseyn
- Baxış: 872