• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1233
— 01.05.2020 19:54

Gəncə və Lənkəranda yoluxma halları artıb

KepezTV Player

Nazirlər Kabineti yanında Operativ Qərargah karantin rejiminin müddətinin uzadılması ilə bağlı mətbuat konfransı keçirib. Konfrans zamanı bir sıra Gəncə və Lənkəranda yoluxma hallarının artdığı, bir sıra ictimai yerlərdə qoruyucu vasitələrdən istifadənin məcburi olacağı vurğulanıb. Ətraflı növbəti videomaterialda...

İbrahim Məmmədov - Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri: Mayın 11-dən sonra 65 yaşdan yuxarı şəxslərin evdən çıxması məsələsinə baxılacaq. Bu tarixədək ölkədəki vəziyyət qiymətləndiriləcək və vəziyyətdən asılı olaraq qərar veriləcək. "Mayın 4-dən tətbiq edilən yumşaldılmaya ola bilsin ki mayın 11-də yenidən baxılsın və həmin mərhələdən sonra yumşaldılma haqqında qərar qəbul olunsun və yaxud əksinə. Situasiya diqqətlə izlənəcək və yumşaldılma barədə qərar qəbul olunacaq".

İdarə Heyətinin sədri Ramin Bayramlı bu günə olan ststistik məlumatları diqqətə çatdırıb.

Ramin Bayramlı - TƏBİB İdarə Heyətinin sədri: Azərbaycan Respublikasında koronavirus infeksiyasına 50 yeni yoluxma faktı qeydə alınıb, 40 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan, şəkərli diabet, arterial hipertenziya və ürəyin işemik xəstəliyi olan 1957-ci il təvəllüdlü vətəndaş vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 1854 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyənləşib, onlardan 1365 nəfər müalicə olunaraq sağalıb, 25 nəfər vəfat edib, 464 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 15 nəfərin vəziyyəti ağır, 29 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 146.630 test aparılıb.

Ramin Bayramlı bildirib ki, ötən həftə sağalan xəstələr arsında 92 yaşlı qadın da olub. Bu da tətbiq olunan müalicənin effektivliyindən xəbər verir. Türkiyədə çalışan 20-ə yaxın mütəxəssisin Bakı şəhərində xüsusi rejimli xəstəxanalarda təlimləri tamamlanıb. Növbəti səfər regionlaradır.

Gələn həftə ilk modul tipli xəstəxana da təhvil veriləcək. Diqətət çatdırılıb ki, aprelin 27-dən sonra pozitiv aşkarolunma hallarında artım var. Xüsusilə Lənkəran və Gəncədə yoluxma hallarının artması müşahidə edilib.

Ramin Bayramlı  - TƏBİB İdarə Heyətinin sədri - Bəzi ictimai yerlərdə qoruyucu vasitələrdən istifadə məcburi olacaq )) ((K/A)) Bir sıra ictimai yerlərdə qoruyucu vasitələrdən istifadə məcburi olacaq. Karantin rejimi ilə əlaqədar vətəndaş qəbulu, ictimai nəqliyyatda, bazar və yarmarkalarda, turizm və ictimai iaşə obyektlərində, ayrı-ayrı ofislərin fəaliyyətin hərəkəti üzrə 6 yeni təlimat göstərişləri hazırlanıb. Sabah onlar koronavirus.info saytında yerləşdiriləcək.