• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1492
— 01.05.2020 16:54

Gədəbəydə xüsusi karantin rejimi ilə bağlı tədbirlər davam etdirilir

KepezTV Player

Gədəbəy polisi gücləndirilmiş rejimində xidmət aparır. Karantin rejiminin tələblərini pozan vətəndaşlar barəsində inzibati qaydada tədbirlər görülür. Rayonda mövcud vəziyyət əməkdaşlarımızın hazırladığı materialda.  

Xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət etmək məqsədilə Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışır, sakinlər arasında profilaktiki tədbirlər həyata keçirir. Vətəndaşlara mümkün qədər evdə qalmağı, zəruri hallarda evdən çıxdıqda isə tibbi maska, əlcək taxmağı, dezinfeksiyaedici vasitələrdən istifadə etməyi tövsiyə edirlər.

Rayon  mərkəzində aparılan yoxlamalar zamanı əksər vətəndaşların SMS icazə ilə evdən çıxdıqları müəyyən edilib. Bununla yanaşı xüsusi icazəsi olmayanlara da rast gəlinib.

Ümumilikdə rayon ərazisində mütamadi olaraq aparılan reydlər zamanı xüsusi karantin rejiminin tələblərini pozan şəxslər aşkarlanaraq barəsində müvafiq tədbirlər görülüb, 157 nəfər cərimə olunub. Eləcə də 4 şəxs rayon məhkəməsinin qərarı ilə inzibati qaydada həbs edilib.

 

Natiq Hüseyn