• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 801
— 30.04.2020 20:37

Gəncə karatesinin olimpiada ümidi karantində

KepezTV Player

Ən populyar idman növlərinin cərgəsində yer alan karate uzun müddət olimpiya oyunlarının proqramına düşməyə namizədlər siyahısında olub. Və nəhayət bu il Tokioda keçirilməsi planlaşdırılan planetin ən böyük yarışında təmsil olunmaq imkanı qazanmışdı. Amma məlum koronavirus pandemiyası olimpiadanı təxirə saldı. Gələn il gündoğar ölkədə keçiriləcək oyunlarda Azərbaycan idmançılarının da iştirakı mümkün olacaq.

Həmyerlilərimzdən hələlik İrina Zaretska və Rafael Ağayev olimpiya oyunlarına vəsiqə qazanıb. Bununla belə bu ikilinin sırasına qoşulmaq istəyənlər çoxdu. Siyahını genişləndirməyə çalışanlardan biri də gəncəli Turqut Həsənovdur. Amma virusa görə yarışların və kollektiv məşqlərin ləğvi karateçiləri çətin vəziyyətə salıb.

Milli komandanın üzvü karantin rejiminin qaydalarına maksimum şəkildə əməl ətməyə çalışır.

Ləğv olunan yarışlar arasında Bakının ev sahibliyi edəcəyi Avropa çempionatı da vardı. Bu yarış olimpiadaya lisenziya xalları verəcəkdi.

Turqut Həsənov 4 ildir ki, yığma komandaya dəvət alır. Və son ilyarımda əsas heyətin üzvünə çevrilib.