• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1701
— 30.04.2020 20:34

Aliment, kredit və cərimələr "Asan ödəniş" ilə asan ödənəcək

KepezTV Player

Ədliyyə Nazirliyi tərəfindən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əməkdaşlıqda tətbiq olunan yenilik vasitəsilə məhkəmə qərarları üzrə borclu şəxslər borclarını, o cümlədən aliment, kredit, cərimə və digər ödənişləri “ASAN ödəniş” və "Elektron hökumət" portalları, eləcə də müxtəlif mobil tətbiqlər vasitəsilə nağdsız şəkildə həyata keçirə biləcəklər. Hər hansı səbəbdən nağdsız ödəniş etmək imkanı olmayan vətəndaşlar üçün respublikanın bütün bölgələrini əhatə edən “E-Manat", "Milli Ön" və “ASAN ödəniş" terminalları vasitəsilə yaşayış yerindən uzaqlaşmadan borc və icra ödənişlərinin nağd şəkildə də həyata keçirilməsi üçün şərait yaradılıb: “Bundan əlavə, borca görə ölkədən getmək hüququna məhdudiyyət qoyulmuş şəxslər nağdsız qaydada və ya terminallar vasitəsilə icra üzrə borcunu ödədiyi təqdirdə həmin məhdudiyyət avtomatik aradan qaldırılır və müvafiq məlumat real vaxt rejimində Dövlət Sərhəd Xidmətinə ötürülür. Ədliyyə Nazirliyi tərəfindən məhkəmə və digər orqanların qərarlarının icrasının səmərəliliyinin artırılması üzrə ardıcıl tədbirlər davam etdirilir”.