• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1800
— 30.04.2020 20:35

700 şagirdlik yeni məktəb

KepezTV Player

Heydər Əliyev fondu tərəfindən Goranboyda yeni məktəb binası tikilir. Müasir standartlara cavab verəcək tikili yeni tədris ilində müəllim və şagirdlərin ixtiyarına veriləcək.

Səidə Məmmədova Şəhər 1 nömrəli orta məktəbin direktoru:Məktəbimiz çox qəzalı vəziyyətdə idi. İstilik sistemimiz yox idi, əsasən də qış aylarında çox əziyyət çəkirdik. Az qalırdı ki, valideynlər də uşaqlarını bizim məktəbə qoymaq istəmirdi. Ancaq müəllim potensialının gücünə arxalanıb bizim məktəbə uşaqlara qoyurdular.

640 şagirdin təhsil alması üçün nəzərdə tutulan məktəb 84 ildir fəaliyyət  göstərir. Bu illər ərzində binada heç bir əsaslı təmir işləri aparılmayıb. Tədrisə də mənfi təsir edən bu amil yeni binanın tikintisini labüd edirdi. Artıq şagirdlər və müəllimlərin bu sarıdan problemlərinə son qoyulacaq. Ötən ilin dekabırından tikintisinə başlanılan bina mövcud məktəbi yenisi ilə əvəzləyəcək.

Xanlar Məmmədov sahə rəisi: Aprelin əvvəllərindən qazıntı işlərinə başlamışıq və ortalrından alt bərkitmə işlərini görmüşük. İki gün bundan əvvəl betonun altını bütün işlərini görmüşük. 1 həftəyə bünövrəsi töküb və hörgü işlərinə başlayacağıq. Bütün texnikalar şirkətimiz tərəfindən təmin olunub.

Rayonun ən böyük təhsil ocaqlarından olan məktəb yeni layihəyə görə 2 yox 3 mərtəbəli və 2 tədris korpusundan ibarət olacaq. 700 yerlik məktəbdə tədrislə bağlı hər cür şərait yaradılacaq.

Səidə Məmmədova Şəhər 1 nömrəli orta məktəbin direktoru: Bizim məktəbimizdə müasir avadanlıqlarla təchiz olunan otaqlarda dərs keçəndən sonra nəticələrimiz daha yüksək olacaq. Biz müəllimlər də tam var qüvvəmizlə çalışacağıq ki, bizə göstərilən etimadı doğruldaq, yerinə yetirək

38 sinif otağı olacaq məktəbin fənn kabinələri, laboratoriyaları, idman və akt zalları və kitabxanası şagirdlərin ixtiytarına veriləcək. Həmçinin həyətdə futbol və basketbol meydançalar da inşa ediləcək. Binanın isidilməsi üçün qazanxana, transfarmator və 2 su hövuzudu da olacaq.