KepezTV Player
Futbol üzrə Fransa çempionatında qalib elan olunub. Fransa mətbuatının yazdığına görə,Liqa 1 rəhbərliyi turnir cədvəlindəkı sıralamanı olduğu kimi saxlayacaq. Bununla da Pari-Sen-Jermen 27 oyundan sonra 68 xalla 2019/2020 mövsümünün çempionu olub. 28 qarşılaşmada 58 xal toplayan "Marsel" 2-ci, 50 xalı olan "Renn" üçüncü yeri tutub. Çempionatda son iki sıranı tutan komandaların isə aşağı dəstəyə düşəcəyi bildirilib. Qeyd edək ki, çempionluq rəsmiləşsə, bu PSJ-nin liqada ardıcıl 3-cü, ümumilikdə isə 9-cu qələbəsi olacaq. Xatırtladaq ki, dünən Fransanın baş naziri Eduar Filipp ölkədə bütün kütləvi idman tədbirlərinin, eyni zamanda Liqa 1 və Liqa 2-də cari mövsümün yekunlaşdığını açıqlayıb.
- Baxış: 828