Tütünçülük. 90-cı illərdən başlayaraq ölkədə bu sahəyə marağın azalması respublika ərazisində tütün əkininə mənfi təsir edib. Ancaq ölkədə tütünçülük ənənələrinin tədricən bərpa olunmasını görən Samuxlu fermerlər ilk dəfə tütün əkməyə qərar veriblər.
Ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi baxımından tütünçülüyün genişləndirilməsi yaxşı perspektivlər vəd edir. Samux rayonu ərazisində 6 hektar sahədə əsasən samsun, berli sortlarının əkilməsi bu məqsədə xidmət edir. Bu sortlar düzgün aqrotexniki qulluq edilərsə hektardan yaşıl kütlə halında 20, quru halda isə hektara 4 ton məhsul götürməyə imkan verir.
Şakir Hüseynov fermer: 6 hektar əkin sahəmiz var. İşçi qüvvəmiz 25-30 nəfər arası dəyişir. Gün ərzində 1 hektar əraziyə tütün ştili basdırırıq. Məhsuldarlıqla bağlı onu deyə bilərik ki, hektara 4-5 ton məhsul götürməyi planlaşdırırıq. Hal-hazırda əkdiyimiz berli sortu olan ştildir. Başqa sortlardan olan ştillərin də əkilməsini düşünürük.
Fermerin sözlərinə görə tütün şitilləri Zaqataladan gətirilib və yüksək aqrotexniki diqqət tələb edən bitkinin suvarılması əkini ilə eyni zamanda aparılır. Ləklər arasında hazırda alaqdan təmizləmə işləri də görülür.
Şakir Hüseynov fermer: Qiymətlərlə bağlı onu deyə bilərəm ki, gördüyünüz kimi əkin prosesi basdırılması, toxalanması, yığılması, iynələyib ipə asılması, əziyyətli prosesdir. Ancaq satış qiyməti isə aşağıdır. Sortundan asılı olaraq hər kq-a 2 -2,50 manat verilir.
İlk məhsul mayın sonunda yığılacaq. Zəhmətkeşlər yaxşı nəticə əldə etdikləri təqdirdə, gələn ildən etibarən tütün sahələrini daha da artırmaqla tütünçülüyün inkişaf etdirilməsində maraqlıdırlar.
- Baxış: 337