• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1741
— 30.04.2020 12:30

Müəllimlərin işə qəbulu müsabiqəsinin ləğvi ilə bağlı qərar qəbul edilməyib

KepezTV Player

Müəllimlərin mərkəzləşdirilmiş şəkildə işə qəbulu müsabiqəsinin keçirilməsinin ləğv edilməsi və ya təxirə salınması ilə bağlı qərar qəbul edilməyib.Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırovun sözlərinə görə, çox kütləvi bir proses olan müəllimlərin işə qəbulu müsabiqəsi hər il iyul-avqust aylarında keçirilir. Bu müsabiqənin keçirilməsi üçün hazırlıq işlərinə yanvar ayından başlanılıb. Əlavə edib ki, test və müsahibə mərhələsindən ibarət olan müəllimlərin işə qəbulu müsabiqəsindən uğurla keçən namizədlər yeni tədris ilindən - sentyabr ayından daimi əsaslarla işə qəbul edilirlər və onlarla müddətsiz əmək müqavilələri bağlanılır.