• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1534
— 29.04.2020 18:34

Özünü nazirliyinin əməkdaşı kimi təqdim edib insanlardan pul aldı

KepezTV Player

Bakının Nizami rayonunda ayrı-ayrı vətəndaşların evlərinə gedərək özünü guya Səhiyə Nazirliyinin əməkdaşı kimi təqdim edərək həmin şəxslərin yaşadıqları ünvanda dezinfeksiya işləri aparılacağını və bu məqsədlə onlardan pul tələb edən şəxs saxlanılıb. Cəlilabad rayon sakini Vasif Urşanov ifadəsində deyib ki, rayonda təxminən 30-dan artıq mənzilə gedərək dezinfeksiya işləri adı altında sakinlərdən pul tələb edib. O, pul vermək istəməyən şəxslərə Səhiyyə Nazirliyi tərəfindən 28 manat cərimə olunacaqlarını bildirib. Üzərinə baxış zamanı getdiyi evlərin ünvanlarını qeyd etdiyi kitabça da aşkar olunub. Faktla bağlı 24-cü Polis Şöbəsində araşdırmalar davam etdirilir. Vasif Urşanovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.