• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3149
— 29.04.2020 12:19

Gəncədə rəsmi orqanlar tərəfindən tanınmayan arayışdan istifadə edən şəxs aşkarlandı

KepezTV Player

Gəncədə xüsusi karantin rejiminin tələblərinin icrasına nəzarət davam etdirilir. Yumşaldılmaya baxmayaraq şəhərdə karantin qaydalarını müxtəlif yollarla pozmağa cəhd edən şəxslərə hələ də rast gəlinir. Ötən gün əməkdaşlarımızın da iştiarkı ilə baş tutan yoxlamalar bunu bir daha təsdiqlədi.

Aprelin 27-dən etibarən Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi tələblərinin bir qədər yumşaldılmasına baxmayaraq Gəncə şəhər Baş Polis İdarəsinin və Daxili Qoşunların əməkdaşları xidməti vəzifələrini davam etdirir. Şəhər ərazisində həm profilaktiki, həm də yoxlama xarakterli tədbirlər həyata keçirilir. Təşkil edilən reydlər zamanı mövcud tələbləri pozan şəxslər aşkarlanaraq barəsində qanuna müvafiq tədbirlər görülür.

Karantin rejimi qaydaları nisbətən yumşaldılsa da Gəncədə polis əməkdaşları Daxili Qoşunların şəxsi heyəti gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirir. Ancaq təssüflər olsun ki, şəhərdə hələ də rejimin tələblərinə əməl etməyən vətəndaşlara rast gəlinir.

Yoxlamalar zamanı karantin rejiminin tələblərini pozmağa cəhd edənlər arasında rəsmi orqanlar tərəfindən tanınmayan arayışdan istifadə edənlərə də rast gəlinib. Həmin şəxs dərhal polis əməkdaşları tərəfindən saxlanılaraq ərazi üzrə polis orqanlarına təhvil verilib.

Sakin - İşə gedəndə də gələndə də yoxlayıblar. Hər gün yoxlayıblar işə rahat gedib-gəlmişəm. Problem olmayıb. Mən niyə narazılıq edirəm ki, gedək deyirlər gedirəm.

Bundan başqa şəhərdə əksər vətəndaşların hələ də maska və əlcəkdən istifadə etmədiyi də diqqət çəkir. Xüsusi ilə də ictimai nəqliyyatdan qoruyucu vasutələrsiz istifadə edənlər çoxluq təşkil edir.

Sakin - Çünki evdən çıxdım. Yadımdan çıxıb. İndi taxaram.

Sakin - Bir az nəfəs salmaq istəyirəm. Hava görmək istəyirəm.

İndi maska taxmaq vacib deyil. Mənə elə gəlir ki, məcburi deyil.

Əlcək və maskadan istifadə etməyən vətəndaşlarla proflaktiki söhbət aparan polis əməkdaşları onlara sağlamlıqlarının qorunması üçün vacib olan vasitələrdən istifadə etməyi tövsiyyə ediblər. Asayiş keşikçiləri belə şəxslərə əlcək və maska təqdim ediblər.

Karantin dövründə ümumilikdə 1015 şəxsin xüsusi rejimin tələblərini pozması aşkarlanıb ki, onlardan 1004-ü İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə cərimə ediliblər. 11 şəxs barəsində aidiyyəti məhkəmənin qərarı ilə inzibati həbs seçilib. İnzibati tədbir görülən şəxslərdən 22 nəfəri iaşə obyektlərinin sahibləridir.

 

Natiq Hüseyn