Video Player
00:00
00:00
KepezTV Player
Azərbaycanın dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyətin müddəti artırılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda qeyd olunur ki, COVID-19 pandemiyası ilə bağlı dünyadakı vəziyyət təhlil edilib və virusun ölkə ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə yükdaşımaları və çarter reysləri istisna olmaqla, Azərbaycan ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət mayın 31-dək uzadılıb.
- Baxış: 330