• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1133
— 29.04.2020 11:57

200 çarpayılıq modul tipli xəstəxana tikilir

KepezTV Player

Gəncədə COVİD-19 infesiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə Gəncə Şəhər İcra Hakimiyyətində yaradılan Koronavirusa Qarşı Mübarizə Qərargahının video-konfrans formasında hesabat iclası keçirilib. İcra başçısı Niyazi Bayramov martın 20-dən etibarən 24 saat ərzində fəaliyyət göstərən qərargaha şəhər sakinləri onları maraqlandıran suallar və narahat edən məsələlərlə bağlı müraciətlərin daxil olduğunu vurğulayıb. Yaradılan 32 mobil qrup tərəfindən nəzarət-maarifləndirmə işləri aparılır, yaşayış binaları, sosial obyektlər, ictimai yerlər dezinfeksiya olunur. Eləcə də Heydər Əliyev Fondu tərəfindən 7000-ə yaxın, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən 300-ə yaxın, digər müəssisə, təşkilat və iş adamları tərəfindən isə 2000-ə yaxın aztəminatlı ailəyə və tənha ahıl şəxsə sovqat paylanılıb. Həmçinin könüllülər tərəfindən yaşı 65-dən yuxarı 250 nəfər tənha şəxsə sosial xidmətlər göstərilib. Video-konfransda Prezident İlham Əliyevin koronavirus pandemiyasına qarşı mübarizənin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncamına əsasən Gəncədə 200 çarpayılıq modul tipli xəstəxananın inşasına başlanıldığı vurğulanıb. Şəhərdə qurulan müasir molekulyar laboratoriyada tibb işçiləri və ximət sahələrində çalışan şəxslərdən yaxma nümunələri götürülərək, COVİD-19 testi aparılıb. Xüsusi karantin rejiminin qaydalarına riayət edilməsinə nəzarət üçün Gəncənin giriş-çıxışlarında 8, daxilində isə 17 post qurulub. Şəhər rəhbəri qarşıda duran vəzifələrin icrasına dair müvafiq tapşırıqlar verib.