• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1718
— 28.04.2020 19:22

Peşəkar döyüşçü yarışsız qalıb

KepezTV Player

Koronavirus pandemiyası səbəbi ilə təxirə düşən idman yarışlarının siyahısı olduqca genişdi. Tokio Yay Olimpiya Oyunlarından tutmuş bütün yerli və beynəlxalq əhəmiyyətli turnirlər ya ləvğ olunub, ya da ki, başqa tarixə keçirilib.

Təxirə düşən mühüm yarışlar arasında kikbiksinq idman növü ilə məşğul olan idmançıların da iştirak etməli olduğu turnirlər də var. Yarışı ləğv edilən belə döyüşçülərdən biri Elxan Əliyevdir. Məşqçi Elnur Salamovun yetirməsi mart və aprel aylarında mötəbər turnirlərdə vuruşmalı idi.

Karantin rejiminə görə zalların bağlanması idmançıları məşqsiz qoyub. Belə vəziyyətdə onlar evdə fərqi qaydada hazırlıq keçməyə məcbur olublar.

Elxan Əliyev 4 ildir ki, peşəkar rinqdə döyüşür. O, bu illər ərzində  12-ci görüş keçirib və 11-ci qələbə qazanıb. Əliyev döyüşlərindən 7-ni nokautla başa vurub.