• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1074
— 28.04.2020 16:35

Rus bölməsi üzrə I sinfə qəbul olmaq istəyənlərin onlayn müsahibə imkanları müzakirə edilir

KepezTV Player

Əvvəlki illərin statistikasına əsasən demək olar ki, bu il ölkədə rus bölməsi üzrə 1-ci sinfə qəbul üçün təxminən 8000-ə qədər uşağın qeydiyyatının aparılması nəzərdə tutulur. Biz bu uşaqların müsahibəsinin onlayn platforma üzərindən keçirilmə imkanlarını müzakirə edəcəyik. Bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib. Onun sözlərinə görə,daxili müzakirələr nətiəsində gəlinən qənaətə əsasən, karantin rejiminin tələbləri gözlənilməlidir. Lakin eyni zamanda “Təhsil haqqında” və “Ümumtəhsil haqqında” qanunların tələblərinə əsasən, orta məktəblərdə digər dillərdə təhsil almaq arzusunda olan uşaqlar müsahibələrdən keçirilməlidir. Yaranmış vəziyyət nəticəsində ölkə üzrə təxminən 300-ə yaxın uşaq müsahibə mərhələsindən keçməyib. Buna görə də, ilkin mərhələdə bu uşaqların müsahibəsi təşkil ediləcək.Bu müsahibə “Microsoft teams” platforması üzərindən həyata keçiriləcək. Onlayn müsahibə zamanı həm texniki imkanlar, həm də uşaqların yaş xüsusiyyətləri və digər amillər nəzərə alınacaq.