• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1744
— 28.04.2020 16:32

Konsulluğun karantin dövründə fəaliyyəti

KepezTV Player

Azərbaycanda koronavirus pandemiyası dövründə yerli idarə və müəssisələrlə yanaşı, səfirlik və konsulluqlar da gücləndirilmiş iş rejimində çalışırlar. Gəncədə fəaliyyət göstərən Türkiyənin Baş konsulluğu da tətbiq olunan qaydalara əməl etməklə işlərini xüsusi karantin rejiminə uyğun təşkil edib. Daha ərtaflı qarşıdakı süjetdə.

Gün ərzində saat 10-dan gündüz 1-dək xidmət göstərən baş konsulluq bütün məhdudiyyətləri nəzərə alaraq tələblərə uyğun şəkildə vətəndaşların müraciətlərini qəbul edir. Qardaş ölkənin Nizami yurdundakı təmsilçiliyi karantin dövründə 14 əməkdaşının iş rejimini də növbəlilik prinsipinə əsasən qurub. Konsulluqda, həmçinin 24 saat qaynaq xətt də fəaliyyət göstərir.

Karantin dövründə konsulluğa müxtəlif səbəblərdən müraciətlər daxil olub. Ünvanlanan suallar ayrı-ayrı kateqoriyalardan olan insanlar tərəfindən verilib.

Baş konsulluq pandemiya dövrdündə müraciətlərə baxaraq vətəndaşlarını Gəncədən Türkiyəyə təxliyə də edib. Qonşu ölkədən olan 179 nəfər təyyarə vasitəsilə doğma vətənlərinə göndərilib.