Nazirlər Kabineti yanında Operativ Qərərgahın tətbiq etdiyi xüsusi karantin rejiminə uyğun olaraq yaşı 65-dən yuxarı vətəndaşların evdənçıxma qadağası nəzərə alınaraq Gəncədə tənha yaşayan ahıl şəxslərə və aztəminatlı ailələrə yardımlar davam edir. Bu dəfə nəcib təşəbbüsə Azərişıq əməkdaşları da qoşulublar. Azərişıq ASC-nin Gəncə Paylayıcı Elektrik Şəbəkəsi tərəfindən şəhərin müxtəlif ərazilərində bu qəbildən olan insanlara və ailələrə ərzaq yardımı edilib, onlarla profilaktiki söhbətlər aparılıb. Aksiya çərçivəsində 50-ə yaxın aztəminatlı ailəyə, o cümlədən yaşı 65-dən yuxarı təhna ahıl vətəndaşa gündəlik tələbat və qida məhsullarından ibarət bağlamalar təqdim olunub.
Ramiz Allahverdiyev Gəncə Paylayıcı Elektrik Şəbəkəsinin baş mühəndisi: Karantin rejimi ilə əlaqədar olaraq, Gəncə şəhərində şəhərin müxtəlif ərazilərində aztəminatlı ailələrə yardım paylanması davam etdirilir.Gələcəkdə də bu işlərin aparılması davam etdiriləcək.Bu gün 50 aztəminatlı ailəyə yardım aparıldı.
- Baxış: 1058