• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2248
— 27.04.2020 18:41

"Son zəng" tədbirləri onlayn keçirilə bilər

KepezTV Player

Azərbaycanda "Son zəng" tədbirləri onlayn keçirilə bilər. Ali məktəblərə qəbul imtahanlarında fərqli standartlar tətbiq ediləcək. Bu barədə Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə deyib. Daha hansı məsələlərə toxunulub, hansı suallara aydınlıq gətirilib. Bunu qarşıdakı süjetdən biləcəksiniz. İzləyək.

Karantin rejiminin yumşaldılmasına dair qərarlar ilk olaraq təhsil sektoruna aid edilməyəcək. Fəaliyyətin bərpası 2 milyondan çox insanın hərəkətdə olması deməkdir. Təhsil naziri Ceyhun Bayramov əlavə edib ki, məhdudlaşdırıcı tədbirlər başlayanda təhsil bu tədbirlərin tətbiq olunduğu ilk sahələrdən idi. Yumşalma addımları tədricən həyata keçiriləcək. Nazir son zəng tədbirlərinin keçirilməsindən də danışıb.

Fərdi təhsilə cəlb edilmə ilə bağlı qaydalar hazırlanır. Ötən həftə qəbul edilmiş qərara əsasən, bu həftədən etibarən repetitor fəaliyyəti ilə bağlı icazə verilir. Bu fəaliyyət həyata keçirilərkən məsafənin gözlənilməsi xüsusi önəm təşkil etməlidir.

Ali məktəblərə qəbul imtahanları keçirilərkən ötən ildəkilərdən fərqli standartlar tətbiq ediləcək. Yumşaldıcı tədbirlər həyata keçirilərkən çox ciddi monitorinqlər aparılacaq. Vəziyyətin necə dəyişməsi nəzarətdə saxlanılacaq.

Koronavirusla əlaqədar nəzərdə tutulmuş müddətdə təhsilini başa çatdırmayan tələbələrdən danışan nazir deyib ki, sonuncu kursda təhsil alan tələbələrin böyük hissəsi fevral ayından artıq istehsal təcrübəsində idi. Bir çoxları bu prosesi başa çatdıra bilməyib. Çünki həmin sahələrdə məhdudiyyət tətbiq edilib. Ona görə də istehsal təcrübəsi sahəsi ilə bağlı bəlli güzəştlər tətbiq edilə bilər. Nazir Hərbi xidmətlə bağlı tələbələrə imkan yaradılması məsələsinə də toxunub.

2020-2021-ci tədris ili üçün dövlət sifarişli yerlərin sayının 22 minə çatdırılması nəzərdə tutulur. Aprelin 13-də imzalanan qərara görə, sosial həssas qrupdan olan tələbələrin təhsil haqqının dövlət tərəfindən ödənilməsinə qərar verilib. Alt sistem vasitəsilə tələbələr özləri barədə müraciətləri daxil edə biləcəklər. Təhsil haqqı ödənişi 2019-2020-ci yaz və 2020-2021-ci payız sessiyası üçün ödəniləcək.