• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2300
— 27.04.2020 18:57

Karantin rejiminin yumşaldılması içtimai nəqliyyatın hərəkətinə necə təsir etdi?

KepezTV Player

Karantin rejiminin  yumşaldılması ilə Gəncədə ictiami nəqliyyata təlabat artıb. Ancaq şəhər ətrafı qəsəbələrə hərəkət edənlər avtobus və mikroavtobusların sayının azlığı sərnişinlər üçün müəyən çətinliklər yaradır. Bundan başqa əksər sürücü və sərnişinlərin maska və əlcəkdəndə istifadə etmədiyi də müşahidə olunur. Əməkdaşımız Natiq Hüseyn gün ərzində şəhərdə ictimai nəqliyyatın fəaliyyətini gündəmə gətirib.

Əvvəlki günlərdən fərqli olaraq ölkənin ikinci böyük şəhərində daha çox sakin gözə dəyir. Günlərdir bəzi obyektlərin fəaliyyətini bərpa etməsini gözləyən şəhər sakinləri işlərini yoluna qoymaq üçün mövcud olan dayanacaqlarda marşrut gözləyirlər. Lakin şəhərin mərkəzi istiqamətində hərəkət edən marşrutlardan fərqli olaraq ətraf qəsəbələrə ictimai nəqliyyatın intensiv hərəkəti müşahidə edilmir. Bu da son nəticədə avtobus və mikroavtobuslarda sərnişin sıxlığının yaranmasına gətirib çıxarır.

Sakin 10 dəqiqədən çoxdur buradayam maşrut gəlmir. 5 nömrəli avtobusu gözləyirəm. Sadılıya getməliyəm gəlmir.

Sakin Vallah son vaxtlar çölə gec-gec çıxırıq. Ona görə də bilmirəm işləyir-işləmir. Özüm Gülüstan qəsəbəsində oluram, indi icazə ilə Sovxoz Nizamiyə gedirəm.

Sürücülər isə ictimai nəqliyyat vasitələrinin azlığını sərnişinlərin sayının əvvəlkitək çox olmamasında görürlər.  

Sürücü Kantində adam yoxdur. Gördüyünüz kimi əvvəlki vəziyyətdi adam yoxdu. Elə də çox artım yoxdur. Nə edək çibimizdən yanacaq tökürük.

Sürücü Çətinlik idi seyrək idi. İndi şükür allaha camaatımız yavaş-yavaş çıxır eşiyə, işlərinin dalınca gedir.

Sürücü Elə bil bu gündən canlama var. Amma şəxsən mən 20 gün ümumiyyətlə işə çıxmamışam. Bu gün birinci günümdür. Dünən rəhbərlik tərəfdən xəbərdarlıq verilibdir.

Karantin günlərində şəhərdə diqqət çəkən digər bir məqam isə vətəndaşların pandemiyadan qorunmaq üçün qabaqlayıcı tədbirlərə laqeyd münasibət bəsləməsidir. Xüsusi ilə gündəlik olaraq ictimai nəqliyyatdan yararlanan, elə sürücülərin də əksəriyyəti maska və əlcəkdən istifadə etmir.  

Karantin rejimi qaydalarının nisbətən yumşaldılması Gəncədə də canlamaya səbəb olub. Ancaq bunu fürsət bilən vətəndaşlar artıq koronovirus bəlasından qorunmağı unudublar. Müşahidələrimiz onu göstərir ki, əvvəlki günlərdən fərlqi olaraq indi Gəncədə əlcək və maskadan istifadə edənlər daha azdır.

Kameramızı görən kimi əlcək taxan bəzi sürüclər bununla özlərinə haqq qazandırmağa çalışsa da bəziləri bu qoruyucu vasitələdən yalnız özlərini müdafiə kimi istifadə etdiyi məlum olub. Vətəndaşlar müxtəlif xəstəliklərinin olmasını irəli sürərək özlərinə haqq qazandırıblar.  

Sürücü Maskamız da əlcəyimiz də varımızdı. Onu taxanda darıxıram.

Sakin Belə millət çox olan da taxıram. Belə tək olanda yox. Məndə bir az xəstəlik var onun üçün taxanda darıxıram.

Sürücü Yox indi çıxartdım. Bir az məndə asma kimi xəstəlik var. Çıradıram boğlulanda bir saatdan bir yenə taxıram. Amma əlcək və maskam var.

Bundan başqa ictimai nəqliyyatda diqqət çəkən digər bir məqam xəttə çıxan əksər nəqliyyat vasitələrinin təmiz olmamasıdır. Bu hal isə uzun müddət davam edən yağmurlu hava şəraiti ilə əlaqələndirildi. Gəncə şəhər Avtomobil Nəqliyyatı ilə Sərnişin Daşıma İdarəsinindən isə karantin rejiminin yumşaldılmasının şəhərdaxili sərnişindaımaya təsiri ilə bağlı mövqe öyrənmək mümkün olmadı.

 

Natiq Hüseyn