• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1261
— 27.04.2020 18:45

"ASAN Xidmət" yenidən fəaliyyətdə

KepezTV Player

Öncə onlayn növbə götür, daha sonra SMS müraciət sistemindən yararlanan. Bu gündən fəaliyyətini bərpa edən “ASAN Xidmət” mərkəzləri vətəndaşlara bunu tövsiyyə edir. Gəncədə də xüsusi karantin rejiminin yumşaldılmasından irəli gələrək xidmət mərkəzinin qarşısında sıxlıq müşahidə edilib. Belə halın yaşanmaması üçün ASAN Xidmətdən vətəndaşlara tövsiyyə var.

Koronavirus infeksiyası ilə mübarizə çərçivəsində ölkədə tətbiq edilən xüsusi karantin rejimi qaydalarının bəziləri bu gündən yumşaldılıb. Artıq ASAN xidmət mərkəzlərinin fəaliyyəti də genişlənib və bu gündən əvvəlki kimi 320-yə yaxın xidmətin göstərilməsinə başlanılıb.

Gəncə “ASAN Xidmət” mərkəzindən faydalanmaq istəyən vətəndaşaların qəbulu da ASAN mobil tətbiqi, xidmətin rəsmi internet saytı üzərindən və 108 çağrı mərkəzinə zəng edərək əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir. Mərkəz insan hərarətini ölçən cihaz və müvafiq gigiyenik vasitələrlə təmin edilib.

“ASAN xidmət” mərkəzi karantin rejimindən öncəki qaydada fəaliyyət göstərəcək. Əvvəlcədən növbə əldə etməyən vətəndaşlarınisə mərkəzdə qəbulu həyata keçirilməyəcək. Sıxlığın yaranmaması üçün bu vacib amildir.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi vətəndaşları mərkəzlərdə şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, digər şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırıb.