• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1093
— 27.04.2020 11:19

Birdəfəlik ödəmə ilə bağlı müraciətlərin qəbulu başa çatıb

KepezTV Player

Birdəfəlik ödəmə ilə bağlı müraciətlərin qəbulu başa çatıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, işsiz və xüsusi karantin rejiminə görə işini itirən aztəminatlı şəxslər tərəfindən birdəfəlik ödəmə ilə bağlı e-sosial.az portalına edilən müraciətlərin qəbulu artıq yekunlaşıb. Birdəfəlik ödəmə - 190 manatla təminat proqramının icrası isə davam edir. Bu günədək 400 min şəxsə birdəfəlik ödəniş təyin edilib və müraciətlərə baxıldıqca nəticəsinə uyğun daha 200 min şəxsə də ödəniş aparılacaq. Aztəminatlı işsiz şəxslərlə bağlı bir çox istiqamətlərdə sosial dəstək tədbirləri də davam edir.