“İspan pilotu” heykəli Əməkdar rəssam Şərif Şərifovun karantin rejimi dövründə yaratdığı əsər olmaqla, dünyaya, gələcək nəsillərə koronavirusdan daha çox əziyyət çəkən xalqlardan biri kimi İspan xalqını hər zaman xatırlamaq mesajı vermək məqsədi daşıyır. Aprelin əvvəlindən bu əsər üzərində işləyən Şərif Şərifovun gələcək planı heykəli əbədiləşdirmək üçün muzeyə təqdim etməkdir. Əməkdar rəssam sosial izolyasiya qaydalarına riayət etməklə yalnız yaradıcılıqla məşğul olmur, adını daşıyan nəvəsi - 4 yaşlı Şərifə sənətinin sirlərini də öyrədir. Vaxtının çoxunu onunla keçirir.
Şərif Şərifov Əməkdar rəssam: Həm şaşki oynayırıq, həm şəkil çəkirik, həyətdə gəzirik, ağac əkib gülləri sulayırıq. Televizora baxırıq. Bəzi şeyləridə komputerdə mən ondan öyrənirəm. Özünü elə aparır ki, istəristəməz ona vaxt həsr etmək və əsərlərimdə ona yer verməyi fikirləşmişəm ki, bunun özünə mən nə isə həsr edim.
75 yaşlı Əməkdar rəssam dövlətin koronavirus pandemiyasının qarşısının alınması istiqamətində atdığı addımları yüksək qiymətləndirir və hər kəsi qoyulan qaydalara ciddi şəkildə riayət etməyə çağırır.
Şərif Şərifov Əməkdar rəssam: Azərbaycanda koronavirusa tutulanların sayı dünya ilə müqayisədə azdır. Bu, cənab Prezidentimizin, mən deyərdim ki, yaradıcılıq əsəridir ki, bizi qoruya bilir, əziz saxlaya bilir. Hamımız onun üçün qiymətliyik. Biz hamımız evdə qalmalıyıq. Özümüzü və xalqı qoruyacağıq. Virusun qarşısını almış olacağıq. Məndə evdə qalıram, qalın., həyat evdədir və evində maraqlı həayatı var.
Şərif Şərifovun sözlərinə görə, yaradıcılıq onun həyatına elə daxil olub ki, bu mənəvi qidasız qala bilmir. Gün ərzində bir neçə saat şəkil çəkməsə, yaxud da heykəl üzərində işləməsə, həmin günün mənasını itmiş hesab edir. Məhz elə bunun üçün də sənətkar yeni yaradıcılıq axtarışlarındadır.
- Baxış: 270