• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 779
— 25.04.2020 20:33

AQTA-dan fermerlərə COVID-19 dan qorunmaq üçün zəruri tövsiyələr

KepezTV Player

Fermerlər COVID-19 virusundan qorunmaq üçün bəzi qaydalara əməl etməlidirlər. Gübrə və kimyəvi vasitələrdən istifadədə, budama, alaqlama zamanı sanitar-gigiyena qaydalarına ciddi riayət olunmalıdır. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, təsərrüfatda çalışan digər şəxslərlə azı 2 metrlik məsafə saxlanmalıdır. İşə başlamazdan əvvəl və sonra əllər 20 saniyə sabunlanaraq axar su altında yuyulmalıdır.Heyvandarlıq təsərrüfatlarında çalışan, istərsə də şəxsi istehlakı üçün məhsul istehsal edən maldarlıq təsərrüfatında işləyənlər xüsusi geyim və ayaqqabıda olmalıdırlar.Təsərrüfatda çalışanlar fermaya girərkən və çıxarkən ayaqqabıları müvafiq dezinfeksiyaedici məhlulla təmizləməlidirlər. Böyük təsərrüfatlarda işçilər üçün paltardəyişmə otaqlarının, dolabların olması şərtdir.