"Aprelin 27-dən "ASAN Xidmət" mərkəzləri vətəndaşlara 320-dən çox xidmət göstərəcək".Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib ki, vətəndaşlar kütləvi toplaşmanın qarşısını almaq üçün əvvəlcədən növbə almalıdırlar. "Bunun üçün 3 imkan yaradılıb. Hər kəs ağıllı telefonlarda "Asan xidmət" mobil tətbiqindən isitifadə edə bilər. Vətəndaşlar seçdiyi mərkəz üzrə növbə götürə bilərlər. Onlar mərkəzə gəlib gözləmədən xidmət alacaqlar. Həmçinin asan.gov.az saytı vasitəsilə onlayn növbəyə yazılmaq mümkündür. Vətəndaş sabahkı gün üçün özü vaxtı müəyyənləşdirə bilər. Cari gün üçün isə sistem avtomatik vaxtı təyin edir.
Üçüncü yol isə Çağrı Mərkəzinə -108-ə zəng vurmaqdır. Əvvəldəcədən növbə götürməyənlər mərkəzə buraxılmayacaq".Karantin müddətində "ASAN Xidmət"in icazə sistemi vasitəsilə 780 minə yaxın şəxsə icazə verilib.
- Baxış: 452