• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 885
— 24.04.2020 15:25

COVID-19 xəstələrinin evə yazılması və izolyasiya qaydaları açıqlanıb

KepezTV Player

Nazirlər Kabineti yanında Operativ Qərargah zərurət yarandığı təqdirdə yüngül simptomlu xəstələrin evdə müalicə və monitorinqi barədə qərar çıxararsa, stasionarda müşahidə altında və müalicə edilməkdə olan COVID-19 xəstələrindən son 72 saat içərisində qızdırması və oksigenə ehtiyacı olmayanlar həkimin münasib gördüyü təqdirdə evə yazıla bilər. Onların evdəki izolyasiyası xəstəxanadan buraxıldığı gündən etibarən 14-cü gündə yekunlaşdırılır. Hospitalizasiya olunaraq müalicə alanlar  aktiv simptomların yoxa çıxmasından 72 saat sonra test olunur. Əgər test nəticəsi neqativ olarsa, ən azı 24 saat ara ilə təkrar test götürülür.Test nəticəsi neqativ olan xəstələr evə yazılır. Bu xəstələrə 14 gün ev izolyasiyası tətbiq edilir. Əgər test nəticəsi pozitiv olarsa, 7 gün sonra təkrar test götürülür və situasiya təkrarlansa, hər 3 gündən bir ardıcıl 2 neqativ nəticə alınanadək test təkrarlanır. COVID-19-a yoluxmuş tibb işçilərinin izolyasiyalarının yekunlaşdırılması üçün asimptomatiklərdə pozitiv nəticədən 7 gün sonra, ən azı 24 saat ara ilə aparılmış 2 testin nəticələrinin neqativ olması tələb olunur. Simptomları olanlarda isə simptomların yoxa çıxmasından 72 saat sonra test olunur.