• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2530
— 24.04.2020 11:53

Gəncədə avtoxuliqanlıq edən daha bir şəxs saxlanılıb

KepezTV Player

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin və Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə şəhər ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozan daha bir sürücü aşkarlanıb. Həmin şəxs aşkarlanaraq saxlanılıb və inzibati qaydada həbs edilib. Sürcünün “qəhrəmanlıqları” növbəti videomaterailda.

Gəncənin küçə və prospektlərində digər sürücülərə təhlükə yaradan, cəmiyyətə açıqca hörmətsizlik edən sürücünün hərəkətləri yol polislərinin diqqətindən yayınmayıb. Araşdırmalarla, Gəncə şəhər sakini 31 yaşlı Elşən Əsgərovun müxtəlif vaxtlarda şəhərin müxtəlif küçə və yollarında avtoxuliqanlıq hərəkətləri etməsi məlum olub.

Elşən Əsgərov avtoxuliqanlıq edən şəxs Gəncə şəhərində yol hərəkət qaydalarını pozaraq qanunun tələblərinə yerinə yetirməmişəm. Sürət həddini aşmışam. Heç kimə məsləhət görmürəm. Ehtiyyatlı olmaq lazımdır.

“VAZ 21705” markalı avtomobili idarə edərək yollarda intizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan şəxs barəsində inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Elşən Əsgərov 15 gün müddətə həbs edilib.

Hacı Həsənov baş inspektor Bəzi sürücülər bu cür təhlükəli manevrlərin ağır nəticələrindən xəbərsizdilər. Onlar anlamılıdır ki, belə hərəkətlərin sonu özlərinin əzizlərinin habelə başqa hərəkət iştirakçılarının həyat və sağlamlıqlarının itirilməsi ilə nəticələnə bilər.

Gəncə şəhər Dövlət Yol Polisi şöbəsinin əməkdaşları tərəfindən bu kimi xoşagəlməz hallar gündəlik olaraq Təhlükəsiz Şəhər Xidməti vasitəsilə izlənilir. Sürücülərdən sükan arxsaında intizamlı olmaları tövsiyyə olunur.

 

Natiq Hüseyn