Tovuz polisi paytaxt ərazisində vətəndaşlara qarşı dələduzluq və cibgirlik edən şəxsi saxlayıb. Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində 37 yaşlı Xatınlı kənd sakini Kərim Kərimov oğurluq hadisəsi törətməkdə şübhəli bilinərək saxlanılıb. Onun üzərinə baxış zamanı Tərtər sakini 62 yaşlı Bəhmən Məmmədova məxsus şəxsiyyət vəsiqəsi və bir ədəd mobil telefon, Gürcüstannın Bolnisi rayonunda anadan olan 34 yaşlı Arzu Kərimovaya məxsus doğum haqqında şəhadətnamə və 6 ədəd fotoşəkil, Şəmkir rayonun Şeyidlər kənd sakini 44 yaşlı Eldəniz Həsənova məxsus şəxsiyyət vəsiqəsi və ümümvətəndaş pasportu aşkar edilərək götürülüb. Saxlanılan şəxs paytaxt ərazisində cibgirliklə məşğul olmasını etiraf edib.
Kərim Kərimov saxlanılan şəxs: Mən o kişini tanıyırdım. Kirayədə yaşadığım yerdə qonşuluqda yaşayırdı. O məndən birlikdə poçtda getməyi xaiş etdi. Getdik poçtda. Bu pul ödəməyə gedirdi. Bunun cibində pul olduğunu bilirdim. Pul qabı ilə telefonunu cibindən götürdüm. Sonra ona dedim ki, mənim işim var mən tez düşürəm. Beləcə marşrutdan düşdüm.
Natiq Hüseyn
- Baxış: 617