KepezTV Player
Azərbaycanda koronavirus pandemiyasına görə tətbiq edilən xüsusi karantin dövrü ilə əlaqədər giriş-çıxışa qoyulan məhdudiyyət nəticəsində ölkələrinə gedən bilməyən Türkiyə vətəndaşları təxliyə olunacaq. Bunun üçün Gəncədəki Baş konsulluğa müraciət edən 300-ə yaxın insan təyyarə vasitəsilə qonşu ölkəyə gedəcəklər. Doğma vətəninə getmək istəyən tələbələr, şirkət işçiləri və digər şəxslər sabah Gəncə Beynəlxalq Hava Limanından Türkiyəyə yola düşəcək. İlk təxliyə edilənlər məhz Gəncədən olacaq. Cümə axşamı və cümə günü isə uçuşlar Bakıdan təşkil ediləcək.
- Baxış: 1051