KepezTV Player
Masallıda karantin qaydalarını pozan bir neçə şəxs müəyyən edilərək inzibati qaydada cərimələniblər. Belə ki, 7 nəfər Masallı sakininin rayonun Binə Xocavar kəndi ərazisində futbol oyunu təşkil etdikləri aşkarlanıb. Həmin şəxslər Masallı RPŞ-yə gətirilib və hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək 100 manat məbləğində cərimə olunublar.
- Baxış: 469