Karantin dövründə ölkədə ayrı-ayrı kateqoriyadan olan aztəminatlı ailələr, iş qabiliyyətini itirən şəxslərə həm dövlət, həm adi vətəndaşlar, həm də tanınmış müxtəlif peşə sahibləri tərəfindən ərzaq və maddi yardım göstərilir. Bu yardım aksiyaları çərçivəsində idmançı sahəsində fəaliyyət göstərənlər insanların xeyirxah addımlarını da xüsusi qeyd etmək lazımdı. Belələrinin sırasına Azərbaycan güləşinin ən tanınmış simalarından olan Firdovsi Umudov da qoşulub.
Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti doğulub boya-başa çatdığı Qazax rayonunda “Biz birlikdə güclüyük!” devizi altında təşkil edilən aksiyada həmyerlilərinə dəstək olub. O, “Gənc könüllülər”lə birlikdə Qazax rayonlararası Gözdən Əlillər Cəmiyyətinin 69 nəfər imkansız əlil üzvünə, Yuxarı Əskipara kəndindən məcburi köçkün olan 32 ailəyə, eləcə də 100-ə yaxın maddi dəstəyə ehtiyacı olan ailəyə gündəlik tələbatlarını ödəyəcək müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar paylayıb.
Yardım aksiyasında şəhid ailələri də yaddan çıxmayıb. Onlar da öz növlərində diqqətdən kənarda qalmadıqları üçün seviniblər.
Ərzaq payı alan rayon sakinlərı onlara göstərilən diqqət və qayğıya görə ölkə prezidenti başda olmaqla, bu işdə vasitəçi olan Firdovsi Umudova da minnətdarlıqlarını bildiriblər.
- Baxış: 782