Milli Televiziya və Radio Şurası ARB telekanalını cəzalandırdı. Şuranın bu gün keçirilən iclasında aprelin 18-də ARB televiziya kanalında yayımlanan "Elgizlə izlə" proqramına qoşulan ekspert tərəfindən nalayiq ifadələrin işlədilməsi faktı üzrə məsələyə baxılıb. MTRŞ verilişdə əxlaqdan kənar leksik (söyüş) məzmunlu informasiya yayımlanmasına görə “İnzibati icraat haqqında”, “Televiziya və radio yayımı haqqında” qanunların, “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin tələblərinə əsasən, ARB TV-nin efirində sabah proqramların yayımının 6 saatlıq müddətə - saat 10:00-dan 16:00-dək dayandırılması haqqında qərar qəbul edib. Telekanal ona tətbiq edilmiş məsuliyyət tədbirinin məzmunu barədə məlumatı yayımın dayandırılması müddəti ərzində özünün efirində yayımlamalıdır.
- Baxış: 308